“Ağır matç oldu”

Allsport.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti çempionlar liqasının 1/8 finalında “Leyptsiq” üzərində qazanılan qələbəni (1:0) şərh edib:

“Bizim üçün çətin idi, belə də oldu. 1-ci və 2-ci hissənin başlanğıcı hər 2 komanda üçün çətin keçdi. Ağır matç oldu. Çoxlu yaxşı imkanlarımız oldu və itkilərə baxmayaraq, yaxşı müdafiə olunduq.

Üstünlük cavab matçından əvvəl azdır. Bu, yaxşı nəticədir, amma stadionumuza hələ 90 dəqiqə var və hər şey başqa cür olacaq”.

Həmin kateqoriyadan