“Ağsu” və “Bakı”nın futbolçusu 4 oyun diskvalifikasiya aldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Ağsu” – “Göyəzən” matçının 35-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Malik Babayev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Mil-Muğan” – “Bakı” matçında “Mil-Muğan”ın 4, “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Bakı”nın futbolçusu Elmin Əsgərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Bakı”nın futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

MOİK – “Şərurspor” matçında “Şərurspor”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Həmin kateqoriyadan