Alba “İnter Mayami”yə keçməyə yaxındır

Allsport.az xəbər verir ki, Xordi Albanın MLS klubu ilə danışıqları qabaqcıl mərhələdədir. Müqavilənin şəxsi şərtləri artıq razılaşdırılıb və “İnter Mayami” Millətlər liqasının püşkatma mərasimindən sonra yaxın vaxtlarda futbolçuilə müqavilə imzalamağı planlaşdırır.

İspaniyalının MLS-də maaşı mövsümdə  təxminən 2 milyon dollar təşkil edəcək.

Albanın həmçinin “Atletiko”, “İnter” və Səudiyyə Ərəbistanı klublarından təklifləri olduğu deyilir, lakin “İnter Mayami”yə keçid daha çox ehtimal olunur. 

Futbolçu və ailəsi son qərarı Millətlər liqasından sonra verəcək. Qərarın verilməsində futbolçunun şəxsi və ailə rifahı əsas rol oynayacaq.

Həmin kateqoriyadan