- Baxış sayı: 47
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sumqayıt” Futbol Klubu daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Allsport.az xəbər verir ki, sözügedən klub kapitan Aleksandr Çertoqanov ilə 1 illik sazişə imza atıb.
Çertoqanov ötən mövsüm olduğu kimi bu mövsümdə də 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 35 yaşlı Çertoqanov 2014/2015 mövsümündə “Sumqayıt” Futbol Klubunda ən çox oyun keçirmiş 3 futbolçudan biridir. O, ümumilikdə 30 qarşılaşmada 2564 dəqiqə meydanda olub.