Allsport.az PFL və «Topaz»dan mükafatını aldı

Peşəkar Futbol Liqası və Premyer liqanın rəsmi sponsoru «Topaz»ın təşəbbüsü ilə jurnalistlər üçün bölgələrdə keçirilən oyunları işıqlandırmaq imkanı yaradılır. Allsport.az saytı xəbər verir ki, bununla yanaşı, matçın nəticəsini düzgün tapan KİV nümayəndəsı 1000 manat pul mükafatına layiq görülür.

Topaz Premyer Liqasının 25-ci turunda keçirilən “Qəbələ” – “Sumqayıt” (2-0) görüşünün matçının nəticəsini düzgün ehtimal etmiş 5 jurnalist – İlkin Xəlilov (ATV), Mərdan Həsənov (“Newsport”.az), Sərxan Musalı (“Futbol+”), Zamin Allahverdiyev (“Futbolinfo.az”) və Kamran Hacı (“Allsport.az”) bu gün AFFA-da mükafatlarını alıblar. Nəzərdə tutulmuş məbləğ qaliblər arasında bölünüb.

Həmin kateqoriyadan