Almeyda yeni klubunda debüt etdi

Almeyda yeni klubunda debüt etdi

Birləşmiş Ərəb Əmirlliklərinin “Baniyas” klubuna transfer olan Riçard Almeyda yeni komandasında debüt edib. Allsport.az xəbər verir ki, millimizin üzvü çempionatın 13-cü turunda “Əl Nəsr”lə keçirilən görüşdə meydana çıxıb. Qarşılaşma “Baniyas”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almeyda start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəz edilib.

“Baniyas” 14 xalla çempionatın 9-cu pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan