Amerikalı baş məşqçi Rüfət Dadaşovu təriflədi

ABŞ-ın 1-ci liqa təmsilçisi “Feniks Rayzinq”in baş məşqçisi Rik Şantz “Los Anceles Qalaksi-2” üzərində 4:0 hesablı qələbədən sonra açıqlama verib. Allsport.az xəbər verir ki, o, millimizin üzvü Rüfət Dadaşovu tərifləyib:

“Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Hazırda müdafiəyə kömək edən hücumçu azdı. Biz axtardığımızı Rüfətlə tapdıq. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən forvardınız varsa, bunun sizə çox köməyi dəyər. Rüfət hava mübarizəsində rəqiblərdən üstün olur. Bir az da sürəti olsaydı, Almaniyanın ən yüksək səviyyəli futbolçularından olardı. Zəkası və oyunu oxumaq qabiliyyəti çox əladı”.

Həmin kateqoriyadan