Amildən 50-ci qol

Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Allsport.az xəbər verir ki, “Kəpəz”in 31 yaşlı hücumçusunun yubileyi Azərbaycan premyer liqasının XXI turuna təsadüf edib.

Yunanov klubunun “Araz-Naxçıvan”la qarşılaşmasında (3:1) son qolun müəllifi olub.

Yunanov premyer liqadakı 191-ci oyununda “50”yə çatıb. Forvardın orta məhsuldarlığı 0,26-ya bərabərdir.

Bu, hücumçunun “Kəpəz”də ilk qolu olub. O, bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də isə 1 dəfə fərqlənib.

Həmin kateqoriyadan