Amrabat “Əl-Əhli”də?

“Mançester Yunayted”in transfer etmək istədiyi “Fiorentina”nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sufyan Amrabat karyerasını Səudiyyə Ərəbistanda davam etdirə bilər.

Allsport.az saytı xəbər verir ki, “Əl-Əhli” 26 yaşlı futbolçu ilə maraqlanır.

“Fiorentina” yarımmüdafiəçi üçün “Mançester Yunayted”dən 35 milyon avro tələb etdiyi bildirilirdi.

Həmin kateqoriyadan