Anar Nəzirov: “Klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik”

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Anar Nəzirov klubun saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirib:

“Toplanış zamanı hər şey istədiyimiz kimi yüksək səviyyədə keçir. Plana uyğun şəkildə məşqlər edirik. Hər bir futbolçu çalışır ki, məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirsin. Bizi mövsümün ikinci yarısı, çətin və vacib oyunların gözlədiyini bilirik. Bu səbəbdən də toplanışdan maksimum yararlanmaq, tapşırıqları 100 faiz yerinə yetirmək üçün çalışırıq. Komandanın hazırlığına yeni gənc futbolçular da qoşulub. Bu, akademiyamızın yetirmələri üçün inkişaf baxımından çox faydalıdır. Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Mövsümün ilk yarısının sonlarındakı uğurlu çıxışın davamını gətirmək istəyirik ”.

Həmin kateqoriyadan