Antalyada ilin ilk sınağı

Yanvarın 13-dən Antalyada olan “Qəbələ” təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın 3-cü gününü başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda 2 məşq keçib. Əlverişsiz hava şəraiti üzündən hər 2 çalışma fitnes zalında baş tutub. Futbolçular fiziki təmrinləri yerinə yetiriblər.

Yeri gəlmişkən, bu gün “Qəbələ” Antalyada ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşacaq. Matç “Papillon Oteli”nin məşq meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. “Qəbələ”nin “Meppen”lə görüşü 3 hissədən ibarət olacaq. 

“Qırmızı-qaralar”ın ilk sınaqçı rəqibi 1912-ci ildə yaradılıb. Eyni adlı şəhəri təmsil edən 107 yaşlı klub Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. Ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.

Həmin kateqoriyadan