- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Topaz premyer liqasının 4-cü turunda öz meydanında “Keşlə”yə qalib gələn “Neftçi”nin ilk qolunu Anton Krivotsyuk vurub. Allsport.az saytı xəbər verir ki, müdafiəçi fərqlənəcətinə inandığını deyib:
“İnanırdım ki, qol vuracam. İki şansımı boşa vermişdim, nəhayət, üçüncüdə qol vurmalı idim. Qolu tribunada oturan çox yaxın dostuma həsr etdim. Vacib qələbə idi.
Hər 2 komanda üçün çox çətin oyun oldu. Qalib gəlmək üçün çox güc sərf etdik. Komandamız hər oyuna son matç kimi köklənməlidir və çıxmalıdır. Hər şey hələ irəlidədir. Artıq növbəti oyunu fikirləşirik”.