- Baxış sayı: 38
- 08 May 2026 12:58
- Baxış sayı: 67
- May 08, 2026
- 0

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk “ağ-qaralar”ın heyətində 50-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, müdafiəçinin yubileyi Topaz premyer liqasının 20-ci turuna təsadüf edib.
Onun paytaxt klubunda debütü 2017/18 mövsümünün əvvəlinə təsadüf edib. O, 2017-ci il avqustun 25-də “Kəpəz”lə görüşdə (0:0) meydana çıxıb.
Təxminən ilyarım ərzində premyer liqada 42, Azərbaycan kubokunda 6, Avropa liqasında 2 matça çıxan müdafiəçinin hesabında iki qol var. O, hər iki topu çempionatda vurub.