- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 228
- Noyabr 09, 2026
- 0

Bosniya və Hersoqovinalı mərkəz müdafiəçisi Numan Kurdiç dünən Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, tibbi müayinədən keçən futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Ampluası mərkəz müdafiəçisi olan 24 yaşlı futbolçu karyerası ərzində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. Ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.
“Araz-Naxçıvan” öncə Nuno Miguel, Vanderson, Semir Bukviç və Miço Kuzmanoviçi transfer edib.