“Araz-Naxçıvan”da ilk, premyer liqada 45-ci

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə premyer liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin kapitanı elitanın XV turunda öz qapısına qol vurub.

O, bu uğursuzluğu “Səbail”lə matçda (1:1) yaşayıb.

Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapısına qol vurmuşdu. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 belə halla üzləşib.

Həmin kateqoriyadan