“Araz-Naxçıvan”da itkilər

Azərbaycan premyer liqasının XX turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bərpa edib.

Allsport.az xəbər verir ki, bu gün Bakı olimpiya stadionunda keçirilən məşqdə zədəli İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyev, eləcə də “Qarabağ”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev iştirak etməyib. Zədəlilərdən Azzauinin “Sumqayıt”la matçı buraxacağı dəqiqdir.

Orxanla, İqor isə həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Onların bazar günü keçiriləcək görüşə yetişməsi istisna deyil.

Həmin kateqoriyadan