- Baxış sayı: 37
- 09 Noyabr 2026 13:35
- Baxış sayı: 49
- Noyabr 08, 2026
- 0

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Ülvü İsgəndərov qarşıdakı 1 il ərzində Naxçıvan təmsilçisinin formasını geyinəcək. Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.