- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


İtaliya “A” seriyasının 28-ci turunun matçında “Latsio” doğma meydanda “Udineze”yə uduzub.
Allsport.az xəbər verir ki, Romadakı stadionda keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 47-ci dəqiqədə Lorenzo Luka “Udineze”ni hesabda önə keçirsə də, 2 dəqiqə sonra Lautaro Giannetti avtoqola imza atıb. Daha 2 dəqiqə sonra top yenidən romalıların qapısına daxil olub: Oyer Zərraq fərqlənib.
Bütün turnirlər daxil “Latsio” ardıcıl 4-cü məğlubiyyətini alıb və İtaliya çempionatının cədvəlində 40 xalla 9-cu pillədə qərarlaşıb. 27 xalı olan “Udineze” isə 13-cü pillədə qərarlaşıb.