“Arxa-arxaya ucuz qollar buraxdıq”

Noyabrın 11-də “Turan Tovuz” premyer liqanın 13-cü turunda evdə “Sabah”a 2:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş Ayxan Abbasov bunu söylədi:

“Arxa-arxaya ucuz qollar buraxdıq. Sevindiridir ki, tez toparlandıq və 2 qol vuraraq hesabda tarazlığı bərpa etdik. Amma ilk hissənin sonunda yenə geri düşdük.

İkinci yarıda taktikanı dəyişdim. Çünki rəqib bizi əks-hücumda yaxalayacaqdı. Çox çalışdıq, amma istədiyimiz alınmadı.

Üzərimizdə çalışmalıyıq. Hücumda çatışmazlıqlar var. Qeyri-sabirlik irəliləməyə imkan vermir”.

Həmin kateqoriyadan