Aryen Robben dünya kuboku öncəsi Niderland qadın komandasına parlaq məsləhətlər verib

Tezliklə Avstraliya və Yeni Zelandiyada qadınlar arasında dünya çempionatı başlayacaq.

Allsport.az xəbər verir ki, turnir iyulun 20-də başlayacaq, final isə avqustun 20-də Sidneydə keçiriləcək.

Niderland millisi Portuqaliya, Vyetnam isə ABŞ-la eyni qrupda yer alıb. Dünya çempionatı ərəfəsində Niderland qadın millisini futbolunun əfsanəsi – Aryen Robben ziyarət edib.

“Real Madrid” və “Bavariya”nın keçmiş oyunçusu qızlara motivasiya üçün məsləhətlər verib:

““Lənət olsun, bu dünya kubokunun finalıdır, bəlkə bir daha bunu yaşamayacağam” deyə düşünməyə başlasanız, artıq səhv edərsiniz.

Nə edəcəyinizi bilirsiniz. Nəyə qadir olduğunuzu da. Turnirdə mübarizə aparanda artıq səni nəyin güclü etdiyini bilirsən. Ona görə də sadəcə davam edin”.

Həmin kateqoriyadan