“Asanlıqla 3:0 qazana biləcəyimiz oyunu 1 xalla bitirdik”

“Neftçi” premyer liqanın 14-cü turunda evdə “Araz-Naxçıvan”la 1:1 hesablı sülhə razılaşıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin məşqçisi Adrian Mutu bunu söyləyib:

”Belə davam etsək, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 qazana biləcəyimiz oyunu 1 xalla bitirdik. İdman direktorumuzla söhbətimiz olub. Komandanı necə yaxşılaşdıra bilmə yolunu düşünürük.

Dekabrda bəzi dəyişikliklər olacaq. Son saniyələrdə “Araz-Naxçıvan”ın qapımıza vurduğu qola baxıb, bir daha təhlil etdim. Taktiki heç bir səhv yox idi. Çünki futbolçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı”.

Həmin kateqoriyadan