- Baxış sayı: 35
- 09 Noyabr 2026 12:22
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ” Topaz premyer liqasının 11-ci turunda səfərdə “Qəbələ”yə 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Futbolçularımı təbrik edirəm. Çox ağır oyuna çıxmışdıq. Əsas yorğunluğa görə yox, bəzən Avroliqada qələbədən sonra oyunçuların diqqətinin necə olacağı mənim üçün önəmli idi.
Bu gün çox zəhmət çəkdilər. Azarkeşlərimizi də təbrik edirəm. Qəbələlilər bizi gözəl qarşıladılar. Hər birinə minnətdaram. Qarşıda istirahət olacaq. Amma milli üzvlərinə istirahət olmayacaq”.