Avropa badminton konfederasiyasının Bakıda konqresinə 20 gün qaldı!

Aprelin 21-i Avropa badminton ictimaiyyətinin diqqəti Bakıya yönələcək.

Allsport.az xəbər verir ki, Azərbaycan badmintonu tarixində ilk yaşanacaq. 1-ci dəfə Avropa badminton federasiyalarının prezidentləri bu idman növü ilə bağlı qitənin fəalliyət planını müzakirə etmək üçün ölkəmizdə bir araya gələcək.

21-22 apreldə konqresin gündəliyinə bir sıra məsələlər daxildir. Konqres çərçivəsində Avropa badminton konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək. Avropa badminton nümayəndə heyətlərinin illik sayca 56-cı toplantısında Paris-2024 yay olimpiya oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı gündəmdə olan məsələlər müzakirə olunacaq. Konqresin devizi inklüziv badminton olub, badmintonun hər kəs üçün əlçətanlığını tərənnüm etməkdir.

Bakı Avropa badminton konfederasiyasının ötən il Maltanın paytaxtı Vallettada baş tutan illik toplantısında 3 namizəd şəhər arasından mötəbər tədbirə ev sahibliyi etmək hüququ qazanıb.

Həmin kateqoriyadan