“Avropa badminton konqresi” Avropa badmintonunun ən nüfuzlu tədbiridir.

Allsport.az xəbər verir ki, konqresin məqsədi Avropa badmintonu ilə əlaqədar əhəmiyyətli qərarların verilməsidir.

Ölkəmizin ev sahibliyi edəcəyi “Avropa badminton konqresi 2023”in əsas mövzusu Azərbaycan Badminton Federasiyasının təşəbbüsü ilə inklüzivlik olacaq. İnklüziv badmintonun inkişafı üçün yeni alətlər və vasitələr müzakirə olunacaq.

Tədbir zamanı həmçinin Avropa Badminton Konfederasiyasının (BEC) 2022-ci il üzrə hesabatına baxılacaq, təşkilatın qaydalarına düzəlişlər müzakirəyə çıxarılacaq, eləcə də təşkilatın yeni prezideninin seçkiləri həyata keçiriləcək.

Həmin kateqoriyadan