“Ay-ulduzlular”ımız millətlər liqasında bu topla oynayacaq

UEFA millətlər liqasının rəsmi topunu nümayiş edib. Allsport.az saytı xəbər verir ki, oyunlarda ağ və gümüşü rənglərin vəhdətindən hazırlanan topdan istifadə olunacaq.
Dəri meşinin üzərində Avropa ölkələrinin bayraqları da əksini tapıb. İlk dəfə təşkil olunacaq yarışının qrup mərhələsinin görüşləri 6 sentyabr – 20 noyabr aralığındadır.
“D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Kosovo ilə evdə, 10-da isə Maltayla səfərdə qarşılaşacaq.

Həmin kateqoriyadan