“Ay-ulduzlularımız”la oyun 2 avroya
30 avqust 2018 / 11:19 Baxış sayı: 894 Millətlər liqasının 2-ci turunda Malta – Azərbaycan oyununun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, görüşün keçiriləcəyi “Ta Qali” milli stadionunda qiymətlər 2 avrodan başlayır.
5 və 10 avroya daha yaxşı yerlərdə əyləşmək mümkündür. Sentyabrın 10-da matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.