Ayın futbolçusu kim ola bilər?

Ayın futbolçusu kim ola bilər?

İngiltərə premyer liqasının mətbuat xidməti fevralın ən yaxşı oyunçusu mükafatı uğrunda mübarizə aparacaq futbolçuların adlarını açıqlayıb.

Allsport.az xəbər verir ki, mükafat uğrunda 7 futbolçu mübarizə aparır: “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden (5 matçda 4 qol), “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes (2 qol, 5 matçda 1 məhsuldar ötürmə), “Brayton”un yarımmüdafiəçisi Paskal Qross (5 matçda 1 qol və 4 məhsuldar ötürmə) , “Mançester Yunayted”in hücumçusu Rasmus Heilunn (5 qol, 4 matçda 1 məhsuldar ötürmə), “Fulhem”in hücumçusu Rodriqo Muniz (4 matçda 4 qol), “Arsenal”ın vingeri Bukayo Saka (4 matçda 6 qol) və “Aston Villa”nın hücumçusu Olli Uotkins (4 qol və 4 matçda 2 məhsuldar ötürmə).

Həmin kateqoriyadan