- Baxış sayı: 7
- 09 Noyabr 2026 15:57
- Baxış sayı: 85
- Noyabr 09, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 17-ci turunda səfərdə “Keşlə”yə 1:2 uduzduqları oyundan danışıb. Allsport.az sayt xəbər verir ki, o, qələbə üçün çalışdıqlarını, amma bunun alınmadığını söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, məğlubiyyət pis təsir edəcək. Azarkeşlər qarşısında cavab vermək çətin olur. Onlar qələbə, nəticə istəyirlər. Bizim də səhvlərimiz var. Amma, yenə də futbolçularıma inanıram”.