- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Sumqayıt” səfərdə lider “Neftçi” ilə sülh bağlayıb. Allsport.az saytı xəbər verir ki, “kimyagərlər”in baş məşqçisi Ayxan Abbasov görüşü belə təhlil edib:
“Çempionatın son oyunu idi. İstəyirdik xalla ayrılaq. Futbolçularımız əzmkarlıq göstərdilər. Son oyunlarda futbolçulardan razıyam. Məşqdəki performansı oyunlarda da nümayiş etdirirlər. Doğrudur, qarşıda hələ 2 dövrə var.
Bu tempi qorumalıyıq. Fasilədə çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. “Neftçi”ni təhlil etmişdik. İlk dəqiqələrdə qol epizodlarından fərqlənə bilərdik. Hər halda, futbolda hər şey olur”.