Ayxan Abbasov: “Daha da yaxşı oynamağa çalışacağıq”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Politexnika İaşi” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

“Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladı ki, bu da məni razı saldı. Digər tərəfdən bu günki qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı doğrultdular. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oynamağa çalışacağıq”.

Həmin kateqoriyadan