Ayxan Abbasov: “Neftçi”nin boşluqlarından yaxşı istifadə etdik

Premyer liqanın 2-ci turunda səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov zəfəri şərh edib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis fasilənin onlara faydalı olduğunu deyib:

“Neftçi”yə “Qalatasaray”la oyunda uğurlar arzulayıram. Füzuli Məmmədovun komandasının mərhələni keçməsini çox istərdim. Avropa liqasında məğlub olsaq da, fasilə bizə yararlı oldu. Yeni gələn oyunçularımız var idi, yoxlama görüşü keçirdik.

Yasvaş-yavaş formaya düşürük. Futbolçularıma təşəkkür edirəm. Taktikanı düzgün yerinə yetirdilər, əzmkarlıq göstərdilər, rəqibin boşluqlarından istifadə etdilər. Azarkeşlərimizi təbrik edirəm. Ürəkləri bizimlə idi”.

Həmin kateqoriyadan