Ayxan Abbasov: “Hər dəfə yaxşı oynamaq olmur”

Premyer liqanın 17-ci turunda evdə “Sabah”a 1:2 hesabı ilə uduzan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə qələbəni şərh edib:

“Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. “Sabah”ın gücünü bilirdik. Futbolçulara da demişdik ki, son oyunlar kompakt oynayırlar.

Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunları alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu matçdan dərs çıxaraq. Gələn tur “Qarabağ”a qarşı səfərdə vacib oyunumuz var”.

Həmin kateqoriyadan