Ayxan Abbasov: “İki xal itirdik”

Premyer liqanın 15-ci turunun “Neftçi” – “Sumqayıt” oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, görüş barədə fikirlərini bildirib:

“Qış fasiləsindən sonra ilk oyun həmişə çətin olur. Futbolçuların əzmkarlığı bizi qane etdi. İstədiyimiz qolu vurduq. Rəqib də azlıqda idi. Amma fasilədən sonra gözlədiyimiz başımıza gəldi. Ələ düşən imkanlardan istifadə edə bilmədik. Bu gün iki xal itirdik. Buna baxmayaraq, komandanın əzmkarlığı məni sevindirdi”.

Həmin kateqoriyadan