Ayxan Abbasov: “Layiqli qələbə qazandıq”

Premyer liqanın 12-ci turunda “Sumqayıt” – “Qarabağ” (2:1) oyunundan sonra mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Şəhərimizdə bayram idi, istəyirdik ki, komanda olaraq hədiyyə edək. Çətin idi, ancaq bunun öhdəsindən gəldik. Həqiqətən, şəhərə bu sevinci yaşada bildik. “Qarabağ” çempionatımızın lideridi. Həftəboyu uşaqlarda istəyi görürdüm. İlk hissədən sonra onlara dedim ki, məğlub da olsaq, istəyinizi görürəm. Biz bu gün üçün deyil, gələcək üçün çalışırıq. İkinci hissə öz oyunumuzu göstərdik, layiqli qələbə qazandıq”.

Həmin kateqoriyadan