Ayxan Abbasov: “Neftçi” kubokda bizimlə ayrı cür oynadı

Bu gün “Turan Tovuz” premyer liqanın 33-cü turunda evdə “Neftçiı”yə 4:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov darmadağın barədə belə dedi:

“Gözəl qələbə idi. İlk öncə azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Bu qələbəni dar günümüzdə komandaya dayaq duran azarkeşlərimizə həsr edirik. Bizim üçün vacib qələbə idi.

Əlbəttə, “Neftçi”yə qalib gəlmək xoşdur. Rəqib kubokda bizimlə ayrı cür oynadı. Yolumuza davam edirik. Evdə qalib gəlməyimiz vacib idi. Çünki çoxdan idi çempionat oyunlarında evdə qələbə qazana bilmirdik.

Artıq premyer liqada qalmağı təmin etdik. Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırığı yerinə yetirməyə çalışdılar. Bu gün həm oyun, həm də nəticə bizi qane etdi”.

Kamran HACI, Tovuz

Həmin kateqoriyadan