- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 3-cü turunda evdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Maraqlı oyun oldu. Rəqib ilk iki turda məğlub olsa da, oyunlarını bilirdik. Hər iki komanda bu gün yaxşı hücumlar təşkil etdi, qol imkanları yaratdı. Ardıcıl 2 qələbə məni sevindirir. Düzdür, bizi qane etməyən epizodlar var. İnanıram ki, oyundan-oyuna daha yaxşı olacağıq”.