Ayxan Abbasov: “Oyunun çətin keçəcəyini bilirdik”

“Sumqayıt” premyer liqanın 9-cu turunda səfərdə “Səbail”ə 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Rəqib 4 oyundur ki, məğlub olmurdu. “Səbail”i analiz edəndə görmək olur ki, müdafiə planında komanda şəklində ən yaxşı çıxış edən kollektivlərdən biridir. Aftandil müəllimi təbrik edirəm. Bu gün məğlub olmaq istəmirdik.

Axıra qədər oynadıq. Qol epizodları oldu, amma yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm ki, sonadək oyundan qopmadılar. Yığmanın görüşlərindən sonra çempionatda vacib oyunlar olacaq. Dövrəni yaxşı nəticə ilə yekunlaşdıracağımıza inanıram”.

Həmin kateqoriyadan