Ayxan Abbasov: Premyer liqanı istədiyimiz kimi başa vurduq

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqasının 28-ci turunda “Qəbələ”yə qarşı oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, 1:0 hesabı ilə yendikləri görüşdən məmnun qalıb:

“Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizi bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət bizim üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar.

Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm. Cəmi bir oyunumuz qalıb. Yenə rəqib “Qəbələ”dir. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq”.

Həmin kateqoriyadan