Ayxan Abbasov: “Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq”

Premyer liqanın 14-cü turunda “Sumqayıt” – “Qəbələ” (1:1) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı baş tutub. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis matç barədə fikirlərini bildirib:

“Çempionatın qış fasiləsindən öncəki son oyunu idi. Rəqibi təhlil etmişdik. “Qəbələ” son oyunlarda yaxşı çıxır edirdi, böyükhesablı qələbələr qazanırdılar. Təcrübəli legionerləri var. İstəmədiyimiz səhv bizə baha başa gəldi. Qırmızı vərəqələr rəqibi daha çox motivasiya etdi. Biz də dəyişikliklər etdik, hətta 3 hücumçu ilə oynadıq.

Çempionatın qış fasiləsini 4-cü yerdə bitirmək bizim üçün yaxşıdı. Yəqin ki, qışdan sonra da eyni heyətlə davam edəcəyik. Futbolçuların da inkişafını istəyirik, nəticəni də. Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq. Ancaq gənclərin də inkişafını düşünürük. Qarşıda kubok oyunumuz var, sona qədər vuruşacağıq”.

Həmin kateqoriyadan