Ayxan Abbasov: “Son dəqiqədə qol buraxdığımız üçün məyus olduq”

Premyer liqanın 4-cü turunda evdə “Qarabağ”la heç-heçə edən (2:2) “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə oyunu şərh edib?

“Bu gün futbolçularım meydanda istədiyim əzmkarlığı göstərdi. Məncə, taktiki baxımdan da düz oynadıq, istədiyimiz qolları vurduq. Son dəqiqədə qol buraxdığımız üçün məyus olduq. Əsas məqsədimiz futbolçularımızın oyundan-oyuna daha yaxşı performans göstərməsidir. Bu gün Aydın Bayramovun qapıda belə inamlı durması bizi sevindirir. O, gələcəkdə milliyə əsas namizədlərdəndir. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər oyunu gözləyir”.

Həmin kateqoriyadan