Ayxan Abbasov: Soyuq havada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun premyer liqanın 5-ci turunda “Sabah”la oyundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, o, 1:0 hesabı ilə bitən görüşü belə belə şərh edib:

“Bu gün ilk öncə soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər.

Digər tərəfdən, futbolçularımıza təşəkkür edirəm. Önəmli həftə idi. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qalibiyyət oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı.

Həmin kateqoriyadan