Ayxan Abbasov yubiley qələbəsini qazanıb

Allsport.az xəbər verir ki, Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb. “Turan Tovuz”un çalışdırıcısının yubileyi Azərbaycan premyer liqasının 32-ci turunda “Zirə” ilə səfər matçında gerçəkləşib – 3:1.

Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb. Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. O, baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.

Həmin kateqoriyadan