- Baxış sayı: 0
- 09 Noyabr 2026 11:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Baş məşqçi Ayxan Abbasov öz istəyi ilə “Zirə”dən ayrılıb. Allsport.az saytı xəbər verir ki, dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib.
Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Kluba Avropa liqasına vəsiqə qazandıran və bu yarışda mərhələ adlamağımıza nail olan mütəxəssisə inkşafındakı xidmətlərinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.