- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

“Keşlə”nin futbolçusu Azər Salahlı premyer liqada 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, yubiley 14-cü turun “Sumqayıt”la matçına (0:1) təsadüf edib.
Start heyətində yer alan müdafiəçi mövsümdə 14-cü, çempionatda 100-cü dəfə meydana çıxıb.
2013/14 mövsümündə indiki komandası “İnter” adlandığı vaxt debüt edən Azər üç klubun şərəfini qoruyub. “Keşlə”də 39 qarşılaşmada 1 dəfə fərqlənib. “Sumqayıt”dakı 55 matçda 2 qola sevinən futbolçu “Qarabağ”da 6 dəfə meydana çıxıb.
Salahlının debütü 2014-cü il mayın 17-də AZAL-la səfər matçında (3:1) gerçəkləşib.