Azərbaycan çempionatlarında 4-cü dəfə

“Neftçi” premyer liqanın 2023/24 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Allsport.az xəbər verir ki, Bakı klubu XXVII turda “Səbail”in qapısına üç cavabsız qol vurub.

Bununla da premyer liqada böyükhesablı qələbə qazanmayan komanda qalmayıb. III dövrənin son turunadək yalnız “Neftçi” 3 və ya daha çox top fərqi ilə qalib gəlməmişdi.

Bütün komandaların mövsüm ərzində belə qələbə qazanması Azərbaycan çempionatları tarixində 4-cü belə hadisədir. Bunadək 1995/96, 2009/10 və 2021/22 mövsümlərində hər komanda ən azı bir dəfə üç və ya daha artıq top fərqi ilə qalib gəlib.

Həmin kateqoriyadan