“Azərbaycan klubları bütün pulu yayda xərcləyirlər”

“Sabah”ın xorvatiyalı baş məşqçisi Jelko Sopiç ölkəsinin mətbuatına açıqlama verib.

Allsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Azərbaycandakı transfer siyasətindən danışıb:

“Rudes”dən ayrıldıqdan sonra Zaqreb “Dinamo”sunun əvəzedici komandasında işlədim. Orada Dani Olmo, İvan Şunyiç və Yosip Brekalo kimi istedadlı futbolçuların üzə çıxmasında yaxından iştirak etdim.

Azərbaycanda problem ondan ibarətdir ki, klublar bütün pulu yay transfer pəncərəsində xərcləyirlər. Bundan sonra isə yeni komanda formalaşdırmaq mümkün olmur. Əlində olan oyunçularla kifayətlənməlisən.

Qarşıya qoyulan vəzifəyə çatmaq üçün mübarizəmizi davam etdiririk. Burda vəziyyət Fransa və İspaniyadakı kimi deyil. Məsələn, siz öz büdcənizi yaxşı idarə etməlisiz”.

Həmin kateqoriyadan