- Baxış sayı: 13
- 22 İyun 2026 15:13
- Baxış sayı: 80
- İyun 22, 2026
- 0

Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunun qapıçısı Yasin Əl-Karrubi Azərbaycan klublarından birinin maraq dairəsinə düşüb. Allsport.az xəbər verir ki, mərakeş əsilli fransız futbolçunun xidmətində Türkiyə və Qazaxıstan klublarının da maraqlı olduğu bildirilir.
Amma onu istəyən klubların adı dəqiq açıqlanmır. Amma onu istəyən klubların hamısı elə bu qış rəsmi müqavilə təklif edirlər.
Bolqarıstan klubunun isə bu futbolçunu buraxmaq fikrində olmadığı qeyd olunur. “Lokomotiv” qapıçını ən azı mövsümün sonunadək heyətdə saxlamaq iddiasındadır.