Azərbaycan kubokunda 1/8 final həyacanı

Bu gün və sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, iki gün ərzində 8 cütdə qalib müəyyənləşəcək.

İlk oyun günündə altı görüş baş tutacaq. 1/8 final mərhələsinə Tovuz və Neftçaladakı oyunlarla start veriləcək. Tovuzda yerli “Turan Tovuz” elita təmsilçisi “İnter”i, Neftçalada isə şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edəcək.

Daha sonra iki Premyer Liqa klubu AzAL ilə “Zirə” qarşılaşacaq. “Xəzər Lənkəran”la “Kəpəz”in də duelinə böyük maraq var.

Azərbaycan çempionatlarının daimi iştirakçıları olan “Qarabağ”la “Neftçi”ni də birinci divizion klubları ilə duel gözləyir. Ağdam klubu “Şəmkir”i, paytaxt təmsilçisi isə “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Son oyun günündə isə iki görüş keçiriləcək. Öncə “Qəbələ” birinci divizion klubu “Mil-Muğan”ı qəbul edəcək. 1/8 final mərhələsinə “Rəvan” – “Bakı” oyunu ilə yekun vurulacaq.

Azərbaycan kuboku
1/8 final
2 dekabr (çərşənbə)

14:00. “Turan Tovuz” – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tovuz şəhər stadionu.

14:00. “Neftçala” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Nahid Əliyev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.

15:00. AzAL – “Zirə”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “AzAL Arena”.

17:00. “Xəzər Lənkəran” – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mehman Mahmudov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Vüsal Əliyev
“Xəzər Lənkəran” mərkəzi stadionu.

18:00. “Neftçi” – “Qaradağ-Lökbatan”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Rahil Ramazanov, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bakcell Arena”.

18:00. “Qarabağ” – “Şəmkir”
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Azər Əsgərov, Alik Yunusov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

3 dekabr (cümə axşamı)

17:00. “Qəbələ” – “Mil-Muğan”
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu.

20:00. “Rəvan” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”.

Həmin kateqoriyadan