Azərbaycan kubokunda 6 əvəzetmə olacaq

Azərbaycan kubokunda 6 əvəzləməyə icazə verilib. Allsport.az xəbər verir ki, bu, PFL-in 2019/2020-ci illər mövsümünün əsasnaməsinə əlavədə qeyd olunub. 

Beynəlxalq futbol assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq.

Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni, matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.

Həmin kateqoriyadan