- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

Avropa liqasının qrup mərhələsinin son turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb. Allsport.az xəbər verir ki, “Qarabağ” Bakıda “Düdelanj”la heç-heçə etməklə Azərbaycanın reytinq xalına 0,250 bal əlavə edib. Ölkəmiz bu mövsümdəki 3,125 əmsalla tamamlayıb.
Son beş ilin nəticələrinə görə 18,750 xalı olan Azərbaycan 26-cı sırada qərarlaşıb. “Qarabağ” “Düdelanj”a qalib gəlsəydi, ölkəmiz reytinqdə Belarusu geridə qoyacaqdı.